"AZERBAYCANIM" adlı şeir müsabiqəsi
14 Mayıs 2022 Cumartesi
25 Nisan 2022 Pazartesi
"Azərbaycanım" adlı şeir müsabiqəsinə start verildi!
Rusiya Azərbaycan Qadınlar Təşkilatı
və Çağdaş Azərbaycan Kültür dərnəyinin təşkilatçılığı ilə 28 May Respublika
Günü münasibəti ilə əlaqədar olaraq
uşaqlar arasında keçirilən "Azərbaycanım" adlı şeir səsləndirmə müsabiqəsinə start verildi!
Müsabiqənin şərtləri:
1. Şeir müsabiqəsinə, dünyada yaşayan və Azərbaycan Türkçesinde şeir söyləməyi bacaran 5-15 yaş arası uşaqlar və yeniyetmələr qatıla bilər.
2. Şeir Azərbaycan Türkçesi və Vətən haqqında olmalıdır.
3. Videonun müddəti 5 dəq çox olmamalı və videoyazı keyfiyyətli olmalıdır.
4. Şeir söyləyən adını, soyadını, yaşını, yaşadığı şəhərin adını və söylədiyi şeirin müəllifini və adını mütləq qeyd etməlidir
5. Videoyazılar may ayınnın 20-nə qədər hatiragambarova72@gmail.com ve info@cagazder.com elektron ünvanına göndərilməlidir.
Müsabiqənin bütün iştirakçıları diplomlarla, qalibləri isə diplomlar və mükafatlarla təltif olunacaqlar.
Yarışmamızın geniş kütlə tərəfindən duyulması və iştirakçı sayının çox olması üçün yarışmanın blog adresimizi və yarışma afişalarımızın paylaşmanızı xahiş edirik.
Xatire Gambarova
Rusiya Azərbaycan Qadınlar Təşkilatının sədri
Cemal Mehmethanoğlu
Çağdaş Azerbaycan Kültür Derneğinin başkanı
-
Rusiya Azərbaycan Qadınlar Təşkilatı və Çağdaş Azərbaycan Kültür dərnəyinin təşkilatçılığı ilə 28 May Respublika Günü münasibəti ilə əla...
