25 Nisan 2022 Pazartesi

"Azərbaycanım" adlı şeir müsabiqəsinə start verildi!

Rusiya Azərbaycan Qadınlar Təşkilatı və Çağdaş Azərbaycan Kültür dərnəyinin təşkilatçılığı ilə 28 May Respublika Günü münasibəti ilə  əlaqədar olaraq uşaqlar arasında keçirilən "Azərbaycanım" adlı  şeir səsləndirmə müsabiqəsinə start verildi!

Müsabiqənin şərtləri:

1.   Şeir müsabiqəsinə, dünyada yaşayan və Azərbaycan Türkçesinde şeir söyləməyi bacaran 5-15 yaş arası uşaqlar və yeniyetmələr qatıla bilər.

2. Şeir Azərbaycan Türkçesi və Vətən haqqında olmalıdır.

3. Videonun müddəti 5 dəq çox olmamalı və videoyazı keyfiyyətli olmalıdır.

4. Şeir söyləyən adını, soyadını, yaşını, yaşadığı şəhərin adını və söylədiyi şeirin müəllifini və adını mütləq qeyd etməlidir

5. Videoyazılar may ayınnın 20-nə qədər hatiragambarova72@gmail.com ve  info@cagazder.com elektron ünvanına göndərilməlidir.

Müsabiqənin bütün iştirakçıları diplomlarla, qalibləri isə diplomlar və mükafatlarla təltif olunacaqlar.

Yarışmamızın geniş kütlə tərəfindən duyulması və iştirakçı sayının çox olması üçün yarışmanın blog adresimizi və yarışma afişalarımızın paylaşmanızı xahiş edirik.

 

Xatire Gambarova

Rusiya Azərbaycan Qadınlar Təşkilatının sədri

 

Cemal Mehmethanoğlu

Çağdaş Azerbaycan Kültür Derneğinin başkanı

Hiç yorum yok:

Yorum Gönder